YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin bir qrup hərbi qulluqçusunun orden və medallarla təltif edilməsi haqqında sərəncam imzalayıb

Avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşlarının peşə bayramı günü mü­na­sibətilə XDMX-nin bir qrup hərbi qulluqçusunun orden və medallarla təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, yeddi nəfər “Vətən uğrunda”, yeddi nəfər “İgidliyə görə”, 16 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.