YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: AKP-nin Gənclik Qolları ilə yeni ortaq layihələr reallaşdırmağı nəzərdə tuturuq

«Türkiyənin Ədalət və İnkişaf Partiyasının gəncləri ilə əməkdaşlığımızı daha da gücləndirməyi nəzərdə tuturuq. Biz AKP Gənclik Qollarının rəhbərliyini ölkəmizə səfərə dəvət etmişik. Səfər zamanı perspektiv əməkdaşlıq barədə fikir mübadiləsi aparacağıq». Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib. 

S.Orucov bildirib ki, hər iki partiyanın gəncləri yeni ortaq layihələr reallaşdırmağı nəzərdə tutur. Onun sözlərinə görə, YAP Gənclər Birliyinin nümayəndə heyətinin Türkiyəyə son səfəri zamanı bu haqda fikir mübadiləsi aparılıb. Eyni zamanda, qarşı tərəfin ölkəmizə gözlənilən səfərində də bu yöndə müzakirələr davam etdiriləcək.

«Nəzərdə tuturuq ki, yaxın gələcəkdə Bakı şəhərində böyük forum keçirək. Asiya, Afrika regionunda və başqa yerlərdə əməkdaşlıq etdiyimiz partiyaların gənclərini Bakı şəhərində toplayaq və bu ilin sonuna qədər Bakıda 1-ci Avrasiya Gənclər Forumu keçirək. Bu yöndə ilkin danışıqlara başlamışıq. Ümid edirəm ki, bu təşəbbüsümüz uğurlu alınacaq. Eyni zamanda, AKP Gənclik Qollarının rəhbərliyi ilə belə razılığa gəlmişik ki, Azərbaycanda da seçkilər ərəfəsində onlar da bizim təbliğat-təşviqat işlərimizi izləmək üçün ölkəmizə səfər etsinlər. Həmçinin, nəzərdə tuturuq ki, qarşı tərəfin ölkəmizə səfəri zamanı ölkəmizdə gənclər üçün ortaq “Qış məktəbi” layihəsini həyata keçirmək məsələlərini müzakirə edək. Hesab edirik ki, bu çərçivədə də qarşılıqlı təcrübə mübadiləsi hər iki partiyanın gəncləri üçün faydalı olacaq. Ona görə də, belə bir layihənin reallaşdırılması yönündə müzakirələr aparılacaq»- deyə, S.Orucov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv