YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzinin parkında cüdo dərsi və uşaqlar üçün əyləncə təşkil olunub

Bu həftəsonu Heydər Əliyev Mərkəzinin parkında cüdo üzrə dərs və uşaqlar üçün əyləncə təşkil olunub.

İyulun 15-də cüdo üzrə dərsi dünya və Avropa çempionu, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının qalibi Elxan Məmmədov aparıb.

8-18 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs 1 saatdan artıq davam edib.

Axşam saatlarında isə Mərkəzin parkında açıq havada uşaqlar üçün müxtəlif əyləncə təşkil olunub.

“The Entertainer” oyuncaq mağazasının iştirakı ilə təşkil olunan əyləncələrdə park ərazisində oyun zonası yaradılıb, müxtəlif intellektual və idman oyunları təşkil olunub. Uşaqlar, həmçinin köpük şousunda əylənib, eləcə də üzlərini arzularına uyğun şəkillərlə boyatdırıb, musiqi sədaları altında rəqs ediblər.

DİGƏR Xəbərlər Arxiv