YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: İdman sahəsində əldə edilən nailiyyətlər sağlam həyat tərzinə verilən yüksək qiymətin ifadəsidir

«Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox vacib məsələlərə toxundu. Dövlət başçısı çıxışında mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin əhəmiyyətini də vurğuladı». Bu fikirləri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, ölkəmizdə dünyanın ən nüfuzlu idman yarışları keçirilir. Onun sözlərinə görə, bu ilin birinci yarısında IV İslam Həmrəyliyi Oyunları və «Formula-1» yarışlarının ölkəmizdə keçirilməsi buna sübutdur.

«Bu yarışlar Azərbaycanda yüksək səviyyədə təşkil edildi və ölkəmiz bir daha dünyada nüfuzlu idman dövləti kimi özünü təsdiqlədi. Nazirlər Kabinetinin iclasında cənab Prezident də bu məsələni xüsusilə vurğuladı. Təbii ki, idman sahəsində əldə edilən nailiyyətlər Prezident İlham Əliyevin idmana, idmançılara, sağlam həyat tərzinə, genofondumuzun inkişafına verdiyi yüksək qiymətin ifadəsidir»- deyə, A.Abiyev vurğulayıb.