YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Vəliməmmədov: Dövlətimiz sahibkarlığın inkişafına daim xüsusi diqqət yetirir

Bu ilin ötən dövründə  sahibkarlara 65,3 milyon manat güzəştli kredit verilib. Bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov deyib.

A.Vəliməmmədov bildirib ki, bu vəsait təxminən 840 sahibkarı əhatə edib. Onun sözlərinə görə, bu həcmdə kreditlə investisiya layihələrinin reallaşdırılması 2600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.

«Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlığın genişləndirilməsi istiqamətində vacib tədbirlər həyata keçirir. Bu tədbirlər ardıcıl xarakter daşıyır. Çünki dövlətimiz sahibkarlığın inkişafına daim xüsusi diqqət yetirir»- deyə, A.Vəliməmmədov qeyd edib.