YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvləri Füzuli rayonunun Alxanlı kəndində olublar

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvləri Füzuli rayonunun Alxanlı kəndində  olublar. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində həlak olan Sahibə Quliyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın  məzarlarını ziyarət edib, yas mərasiminə qatılaraq mərhumların yaxınlarına başsağlığı veriblər. Bundan başqa, Füzuli rayonunun Horadiz şəhərində ötən ilin aprel ayında Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılan abidə ziyarət olunub.

YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva diqqətə çatdırıb ki, ermənilər növbəti dəfə mülki şəxsləri - 2 yaşlı Zəhranı və onun nənəsi Sahibə Quliyevanı qətlə yetirməklə öz qaniçən simalarını bütün dünyaya nümayiş etdirdilər: “Uzun illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan, çoxsaylı mülki şəxslərə atəş açaraq onları qətlə yetirən ermənilərin bu vəhşiliyi – növbəti təxribatçı hərəkətləri və vandalizm aktı bütün dünyanın gözü qarşısında baş verdi. Bu gün beynəlxalq birlik ermənilərin bu vəhşiliklərini, qəddar simaları və xislətlərini görür, kəskin qınayır”.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışdığını, ermənilərin isə sülh istəmədiyini və öz təxribatçı hərəkətlərini davam etdirdiyini diqqətə çatdıran Nurlana Əliyeva əlavə edib ki, nadan ermənilər belə vəhşilik, qəddarlıq və qaniçənliyin sonu olmadığını başa düşmürlər: “Azərbaycan Ordusu işğal altında olan torpaqlarını azad etməyə qadirdir. Eyni zamanda, həm ordumuzda, həm də cəmiyyətdə yüksək vətənpərvərlik ruhu mövcuddur. Azərbaycan xalqı sıx həmrəylik və birlik nümayiş etdirir, Ordumuz işğal edilmiş torpaqlarımızı azad etmək əzmində olduğunu göstərir. Biz bunu ötən ilin aprel hadisələri zamanı da müşahidə etdik. Ona görə də ermənilər dərk etməlidirlər ki, Azərbaycan tez-gec öz ərazilərini işğaldan azad edərək ədaləti bərqərar edəcək, soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar”.

“Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası olaraq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən 2 yaşlı Zəhranın və nənəsi Sahibə Quliyevanın ailəsinin dərdinə, kədərinə şərik olmağa gəldik. Bu, bütün Azərbaycan xalqının kədəridir. Nankor və mənfur ermənilər torpaqlarımızı işğal etmələri bəs deyilmiş kimi, indi də günahsız övladlarımızı qətlə yetirirlər. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq. Bəli, Azərbaycan qətlə yetirilən o məsum qızcığazın və nənəsinin qisasını yerdə qoymadı və hər zaman ermənilərin bu cür vəhşi əməllərinə, vandalizm aktlarına layiqincə cavab verəcək”, - deyə Nurlana Əliyeva əlavə edib.

 

DİGƏR Partiya xəbərləri Arxiv