YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyədə 83-cü Beynəlxalq İzmir sərgisi keçiriləcək

Avqustun 29-dan sentyabrın 2-dək Türkiyənin İzmir şəhərində 83-cü Beynəlxalq İzmir sərgisi açılacaq.

Sərgi Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin dəstəyi və “İzmir Fuarcılık A.Ş.” şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, sərgidə logistika sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulub.

Azərbaycanda fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgiyə dəvət olunurlar. Bu il sərginin təxminən 80 min kvadratmetr ərazidə təşkil olunacağı, tədbirə 1000-dən çox yerli və xarici nümayəndənin iştirakı və 2 milyona yaxın ziyarətçinin qatılacağı gözlənilir.
 

 

DİGƏR Xəbərlər Arxiv