YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır

“Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi ilə əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi ilə çox böyük və şərəfli yol keçmişdir. Bugünkü toplantı bunun təzahürüdür. Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik. Fürsətdən istifadə edərək qardaş türk xalqına bütün Azərbaycan bacı-qardaşlarının səmimi salamlarını çatdırıram.” Bu fikirləri  Prezident İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresindəki çıxışında deyib.

Prezident İlham Əliyev bildirib ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır: “Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən, enerji sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi bir çox önəmli strateji layihələrin icrasına imkan verdi. Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini və TANAP layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi.”

DİGƏR xəbərlər Arxiv