YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Beynəlxalq birlik beynəlxalq hüquq normaları çərçivəsində işğalçıya qarşı addımlar atmalıdır

«Minsk qrupunun həmsədrləri  ATƏT-in təməl sənədlərinə riayət etməlidir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, ATƏT-in Minsk qrupu öz vasitəçilik missiyasında  BMT Təhlükəsizlik Şurasının qətnamələrini əsas götürərək ilk növbədə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi ilə məşğul olmalıdır.

M.İbrahimqızı bildirib ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozub, başqa bir dövlətin ərazisini işğal edib. Onun sözlərinə görə, Minsk qrupu öz missiyasını beynəlxalq hüquq əsasında qurmalıdır.

«Amma bunun əvəzində biz həmsədrlərin işğalçı Ermənistana qarşı loyal münasibətini görürük. Əslində, onlar öz fəaliyyətlərini beynəlxalq şüquq normaları və BMT TŞ-nın qərarları əsasında qurmalıdırlar. Əks halda həmsədrlərin regiona turist səfərlərinin həs bir əhəmiyyəti yoxdur. Təəssüf ki, həmsədrlər indiyə qədər münaqişənin həllinə heç bir töhfə verə bilməyiblər. İşğalçı Ermənistana qarşı ciddi təpkilər  olmadığı halda təxribatlarını davam etdirəcək. Ona görə də, beynəlxalq birlik beynəlxalq hüquq normaları çərçivəsində işğalçıya qarşı addımlar atmalıdır»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv