YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatına töhfələri yüksək qiymətləndirilib

Avqustun 21-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbəri general Paul Selvanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycanın NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatına töhfələri yüksək qiymətləndirilib.

Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün əsas, etibarlı və təhlükəsiz tranzit marşrutlarından biri kimi ikitərəfli və çoxtərəfli əsasda nəqliyyat və yükdaşımaları sahəsində NATO-nun üzv və tərəfdaş ölkələrinə, o cümlədən ABŞ-a göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov tərəfdaş dövlət olaraq Azərbaycanın Əfqanıstan əməliyyatı ilə əlaqədar bundan sonra da lazımi tranzit dəstəyi göstərəcəyini qeyd edib. Nazir tikintisi başa çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Ələt qəsəbəsi ərazisindəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ölkəmizin tranzit və nəqliyyat imkanlarını daha da artıracağını bildirib.

General Paul Selva əməkdaşlığa və dəstəyə görə Azərbaycana təşəkkürünü bildirərək, ölkəmizin əlverişli coğrafi mövqeyinin, inkişaf edən nəqliyyat infrastrukturunun yüksək təəssüratlar doğurduğunu, xüsusilə kommersiya və ticarət baxımından böyük imkanlara malik olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

DİGƏR Xəbərlər Arxiv