YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niderlandda yaşayan azərbaycanlılar etiraz aksiyası keçirəcək

Niderland Krallığında yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Sahibə Quliyevanın və ikiyaşlı nəvəsi Zəhranın həlak olmasına etiraz əlaməti olaraq, Ermənistanın Haaqada yerləşən səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, aksiyada “Ermənistan, təcavüzə son qoy!”, “Uşaq qatilləri cəzasız qalmasın”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək. Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması barədə məlumat dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq. Niderland Avropalı Azərbaycanlılar Cəmiyyətinin sədri Emil Əliyev digər ölkələrdə yaşayan azərbaycanlıları da aksiyaya qoşulmağa dəvət edib.

Aksiyanın təşkili ilə əlaqədar icazə alınması üçün müvafiq orqanlara müraciət olunub.