YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Demokratiya pərdəsi altında xaos yaratmaq istəyən qüvvələrə qarşı daim birlik göstərəcəyik

«Erməni lobbisi diqqəti Ermənistanın işğalçılıq siyasətindən yayındırmaq üçün guya Azərbaycanda demokratiya, insan hüquqları və söz azadlığı ilə bağlı ciddi problemlərin olduğunu ortaya atır. Bu prosesdə isə beynəlxalq statuslu qeyri-hökumət təşkilatlarından istifadə olunur». Bu fikri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, demokratiya sonu olmayan bir inkişaf yoludur. Dünya ölkələri də hər zaman demokratik prosesləri inkişaf etdirir. Onun sözlərinə görə, müstəqillik qazandıqdan ötən müddət ərzində isə demokratiya sahəsində böyük inkişaf yolu keçib.

«Bu gün Azərbaycanda hüquqi dövlət qurulub. Hüquqi dövlətdə isə qanun hamı üçün bərabərdir. Əgər qanun pozulubsa, qanunun aliliyi təmin olunmalıdır. Bütün hüquqi dövlətlərdə belədir. Amma Azərbaycanda demokratiya ilə bağlı qərəzli fikirlər səsləndirmənin əsas məqsədi isə dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğalçı siyasətindən, Qarabağ məsələsindən yayındrmaqdır. Vaxtilə Ermənistan parlamentində rəsmi şəxslər  öldürüləndə hansı beynəlxalq hesabatda əksini tapdı? Yaxud ötən il prezident seçkilərində namizədə qarşı sui-qəsd edildi. Beynəlxalq təşkilatlar bu fakta ciddi əhəmiyyət vermədilər. Azərbaycan öz qanunları ilə hərəkət edir və heç kimin ixtiyarı yoxdur ki, daxili işlərimizə qarışsın.  Bu cür məlumatları erməni lobbisi və inkişafımızı sevməyən digər qüvvələrdir ki, qərəzli şəkildə yayırlar. Onlar insan haqlarından narahatdırlarsa, niyə Ermənistanın işğalı nəticəsində öz torpağından didərgin düşmüş yüzminlərlə insanın hüquqlarının bərpasından danışmır? Bu insanların haqqını müdafiə etməyən təşkilatların obyektivliyinə cəmiyyətimiz heç zaman inanmaz. Xalqımız müdrikdir və heç vaxt ölkəmizdə xaos yaratmaq istəyən xarici qüvvələrə və onların daxildəki havadarlarına imkan verməyəcək ki, hansısa problemlər yaratsınlar. Demokratiya pərdəsi altında xaos yaratmaq istəyən qüvvələrə qarşı daim birlik göstərəcəyik»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv