YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Ölkəmiz ilk Avropa Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək

«Bu gün əminliklə demək olar ki, Azərbaycan dünyanın nüfuzlu idman ölkəsidir». Bu fikri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağasan Abiyev deyib.

A.Abiyev bildirib ki, hələ bir neçə il əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycanın idmanın inkişafı baxımından MDB ölkələrinə nümunə olduğunu deyib. Onnu sözlərinə görə, bu fikir Azərbaycanda idmanın inkişafına verilən böyük qiymətdir.

«Son illər ölkəmizdə nüfuzlu beynəlxalq yarışlar keçirilir. Dünya idman təşkilatlarının rəhbərləri hər zaman Azərbaycanda belə yarışların yüksək təşkil olunduğunu bəyan edirlər. Hesab edirəm ki, ölkəmiz ilk Avropa Olimpiya Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək. Bütün dünya buna şahid olacaq»- deyə, A.Abiyev qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv