YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə KİV-ləri: İşğalçı Ermənistan uşaq qatilidir

Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri ağır cinayətlərlə bağlı geniş məlumatlar yaymaqda davam edir. Yaşlı qadın Sahibə Allahverdiyeva (Quliyeva) və onun 2 yaşlı qız nəvəsi Zəhra Quliyevanın həlak olması barədə informasiyalar sosial şəbəkədə də sürətlə paylaşılır.

Anadolu Agentliyi, “Sabah” və “Hürriyyət” qəzetlərində, televiziya kanallarında və digər xəbər portallarında dinc sakinlərin amansızlıqla qətlə yetirilməsi, mülki obyektlərin dağıdılmasına dair informasiyaların əksəriyyəti “İşğalçı Ermənistan uşaq qatilidir” ifadələri ilə təqdim olunub.