YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan diaspor təşkilatları Ermənistan hərbiçilərinin növbəti təxribatını pisləyən bəyanatlar yayıblar

Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD), Eskişəhər Azərbaycanlılar Dərnəyi (ESAZDER), Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi, Yaponiyada fəaliyyət göstərən Azərbaycan - Yaponiya Dostluq Mərkəzi, Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlı qüvvələrinin növbəti təxribatını pisləyən bəyanatlar yayıblar.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat veriblər.

Bəyanatlarda Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində yaşlı qadının və onun nəvəsinin qətlə yetirilməsi, bir sakinin ağır yaralanması qətiyyətlə pislənilir.

Bildirilir ki, bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Bəyanatlarda, həmçinin dünya ictimaiyyətinin bu təxribata, mülkü şəxslərin qətlə yetirilməsinə lazımi reaksiya verməsinin vacibliyi vurğulanır.

Bu etiraz bəyanatları insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara ünvanlanıb.