YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Sadıqov: Ordunun modernləşdirilməsi, yeni silahların alınması, keçirilən təlimlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir

«Biz hələ ki, sülh danışıqlarına sadiqik. Lakin hərb variantı da istisna deyil! Ordunun modernləşdirilməsi, yeni silahların alınması, keçirilən təlimlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, əgər beynəlxalq qurumlar istəmirlərsə müharibə baş versin, birinci növbədə problemin sülh yolu ilə həllinə nail olmalıdırlar. Onlar işğalçını öz adı ilə çağırmalıdırlar! BMT-nin qətnamələrini yerinə yetirməlidirlər!

«Bunların heç biri yoxdursa, onda hərbi əməliyyatdan çəkindirmək, snayperləri təmas xəttindən geri çəkmək, atəşkəsə əməl etmək barədə çağırışların heç biri effekti olmayacaq! Çünki Azərbaycan öz torpağını, işğal edilmiş ərazilərini azad etmək istəyir! Bunu hər bir Azərbaycan vətəndaşı, hər bir zabit və əsgər istəyir! Bu məsələ nə qədər tez sülh yolu ilə həllini tapsa, o qədər yaxşıdır! Çünki artıq Azərbaycanın qüdrətli ordusu və qətiyyətli, prinsipial mövqeyi var! Bunu hamı bilməlidir: tək ermənilər yox, onların havadarları da! İndiyədək erməniləri sülh danışıqlarına vadar etməyən, yaxud danışıqlar masasına gətirmək istəməyən beynəlxalq təşkilatlar və dövlətlər də dərk etməlidir ki, Azərbaycanın səbri tükənməz deyil! Gücü isə kifayət qədərdir!»- deyə, B.Sadıqov vurğulayıb.