YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis Vergi və Gömrük məcəllələrinə dəyişikliklər edib

Bu gün Milli Məclisin plenar iclasında "Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub. Dəyişikliklər ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması üçün mexanizmləri dəqiqləşdirir və bu məqsədlə müvafiq icra hakimiyyəti orqanı tərəfindən elektron vergi hesab-fakturasının vahid formasının təsdiq edilməsini nəzərdə tutur.

Bundan başqa, plenar iclasda Gömrük Məcəlləsində dəyişikliklər də müzakirə olunub. Gömrük Məcəlləsində dəyişikliklər gömrük işi sahəsində rəsmiləşdirmənin, sənədlərin və məlumatların gömrük orqanlarına təqdim olunmasının təkmilləşdirilməsi, o cümlədən gömrük orqanlarına elektron formada müraciət imkanlarının genişləndirilməsi, habelə bir sıra normaların dəqiqləşdirilməsi məqsədi daşıyır.

Müzakirələrdən sonra hər iki qanun layihəsi təsdiq edilib.