YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səttar Möhbalıyev: 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur

«Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş günü ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, Onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur». Bu fikirləri yap.org.az saytına müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev bildirib ki, böyük bir imperiyanın çökməsi səbəbindən XX əsrin sonlarına doğru yenidən müstəqillik qazanmaq kimi tarixi fürsət əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Həmin dövrdə hakimiyyəti ələ keçirmiş səriştəsiz insanların xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmışdı. Xaos və anarxiya ölkəni bürümüşdü. Qarşıdurma vətəndaş müharibəsi dərəcəsinə yüksəlmişdi.

«Belə bir dövrdə əsrlər boyu arzulanan güclü Azərbaycan dövlətini qurmaq, xalqımızı problemlər məngənəsindən xilas etmək kimi tarixi missiyanı yalnız Heydər Əliyev yerinə yetirməyə qadir idi. Bunu xalq yaxşı bilirdi. Ona görə də  təkidlə öz böyük xilaskarını ikinci dəfə, yəni iyunun 15-də hakimiyyətə qaytardı. Bununla da xalqımız müstəqilliyimizi məhv olmaq təhlükəsindən birdəfəlik xilas etdi. Heydər Əliyevin qayıdışı ilə hakimiyyətsizliyə son qoyuldu, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar ünsürlər cəmiyyətdən tədric edildi, nizami silahlı qüvvələr yaradıldı, dövlətin və xalqın maraqlarına cavab verən iqtisadi sistem quruldu. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edildi. Demokratik islahatlar kursunun həyata keçirilməsinə başlanıldı, ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi. Beləliklə, Ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi faktiki təmin olundu»- deyə, S.Möhbalıyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv