YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqının komissarı Yohannes Han Bakıya səfər edəcək

Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar prosesində iştirak etmək üçün Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han iyunun 15-də Bakıya səfər edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikserlə birgə mətbuat konfransı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, estoniyalı həmkarı ilə görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığı məsələləri müzakirə olunub:

“Hesab edirik ki, biz Aİ ilə danışıqlar prosesinin sürətlənməsi üçün düzgün yoldayıq və uğur qazanacağımıza ümid edirik”.