YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın iştirakı ilə Nyu-Yorkda Dəniz hüququ haqqında konvensiyanın iclası işinə başlayıb

İyunun 12-də Amerika Birləşmiş Ştatlarının Nyu–York şəhərində Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyasının iştirakçı dövlətlərinin 27–ci iclası işinə başlayıb.

İclas iyunun 16–dək davam edəcək. Mötəbər tədbirdə Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İclasda, Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın 7 üzvü, Kontinental Şelf Limitləri üzrə Komissiyanın 21 üzvü seçiləcək, xarici auditorun 2015–2016-cı illər üzrə maliyyə hesabatı, büdcə məsələlərinə dair 2015–2016-cı illər üçün maliyyə hesabatı, etimadnamə komitəsinin hesabatı, Kontinental Şelf Limitləri üzrə baş katibin hesabatı dinləniləcək, rəsmi sənədlərə dair BMT–nin siyasəti, Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın büdcə məsələləri, katiblik tərəfindən digər məsələlər üzrə məlumatlar, iştirakçı dövlətlərin 26–cı iclasının qərarı əsasında daimi dəvət olunan Hökumətlərarası təşkilatların siyahısı, BMT–nin okeanlarla iş və Dəniz Hüququ Sektorunun idarə etdiyi etibarlı fondlar və təqaüd proqramları müzakirə olunacaq.