YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Elm və təhsil sahəsində ardıcıl islahatların həyata keçirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

«Azərbaycanda elm və təhsil sahəsində ardıcıl islahatların həyata keçirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir». Bu fikri Milli Məclisin  Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, təhsil qanunvericiliyinə edilən yeniliklər də bu islahatların tərkib hissəsidir. Onun sözlərinə görə, «Təhsil haqqında» qanuna təklif edilən dəyişikliklər də bu məqsədə xidmtə edir.

«Dəyişikliklər ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur. Məqsəd ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir. Layihəyə görə, həmin hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar»- deyə, komitə sədri vurğulayıb.