YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells ilə görüşüb

İyunun 12-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uellsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov bu cür səfərlərin parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Sədr qeyd edib ki, 25 ildir ölkələrimiz arasında diplomatik münasibətlər mövcuddur. Ticari, siyasi əməkdaşlığın inkişafı üçün böyük imkanlar var.

Avstraliyalı nazir ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib. Konçetta Fierravanti-Uells Azərbaycan ilə Avstraliyanın parlamentləri arasında münasibətlərin daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.

Söhbət zamanı Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

DİGƏR Xəbərlər Arxiv