YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə ilə Aİ arasında gömrük sazişinin yenilənməsi barədə danışıqlar başlayır

Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında gömrük sazişinin yenilənməsi barədə danışıqlar başlayır.

Bu barədə Türkiyənin Gömrük və Ticarət Nazirliyindən məlumat verilib.

Məlumata görə, tərəflər arasında danışıqlar iyunun 13-ü Brüsseldə başlayacaq.

Nazirlikdən bildirilib ki, gömrük sazişinin yenilənməsi Türkiyə ilə Aİ arasında ticarət dövriyyəsinin artmasına xidmət edəcək.

Qeyd edək ki, Türkiyə Aİ-yə daxil olmadan onunla gömrük ittifaqına qoşulan yeganə ölkədir.