YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Həsənova: Cəmiyyətlərin inkişafında qadınların da rolu əhəmiyyət kəsb edir

«Cəmiyyətlərin inkişafında qadınların da  rolu əhəmiyyət kəsb edir». Bu fikri iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

S.Həsənova bildirib ki, qadınların ölkənin ictimai, mədəni və iqtisadi həyatında rolunun artırılması dayanıqlı inkişafın təmin olunması baxımından xüsusi önəm daşıyır. Onun sözlərinə görə, bu məsələ müasir dövrdə aktuallıq kəsb edir.

«Ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirakında dövlət qadın siyasəti müstəsna əhəmiyyət kəsb edir. Bu sahədə həyata keçirilən dövlət siyasəti mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib. Azərbaycan qadınları fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışır, dövlət quruculuğu prosesinə layiqli töhfələr verirlər. Ölkəmizdə qadınların cəmiyyət həyatının müxtəlif sahələrində iştirakı, gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv