YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının konfransı keçirilib

İyunun 9-da Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının konfransı keçirilib.

Konfransda Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov,  YAP İdarə Heyətinin üzvü, MM-in deputatı Mixail Zabelin və digər rəsmi qonaqlar iştirak ediblər.  Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Daha sonra rayon təşkilatı tərəfindən hesabat dövrü ərzində görülən işlər, keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirilib.

Konfransda YAP Qaradağ rayon təşkilatının sədri, MM-in deputatı Aydın Hüseynov geniş hesabat məruzəsi ilə çıxış edib. A.Hüseynov bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin zəkasının məhsulu olan Yeni Azərbaycan Partiyası 25 ildir ki, inkişaf yolumuzu mayak kimi istiqamətləndirməkdədir. Məruzəçi hesabat dövrü ərzində rayon təşkilatının gördüyü işlər və qazandığı uğurlar barədə ətraflı məlumat verib.

Sonra YAP Qaradağ rayon təşkilatının nəzarət təftiş qrupunun hesabat məruzəsi dinlənilib.

Tədbirdə çıxış edən konfrans iştirakçıları təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Konfransda, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov,  YAP İdarə Heyətinin üzvü, MM-in deputatı Mixail Zabelin, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək Yeni Azərbayan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan bəhs ediblər. Qeyd olunub ki, bu gün Heydər Əliyev siyasəti Azərbaycanın inkişafının əsasını təşkil edir və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan dünyada nüfuzlu, qüdrətli dövlətə çevrilib.

Çıxışlardan sonra konfransın qətnaməsi qəbul olunub.

Daha sonra təşkilati məsələlərə baxılıb. Aydın Hüseynov yenidən YAP Qaradağ rayon təşkilatının sədri seçilib. Konfransda həmçinin, sədrin müavinləri, Şura, İdarə Heyəti və, nəzarət təftiş qrupu seçilib.