YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Ağcabədi rayon təşkilatının IX konfransı keçirilmişdir

İyun 7-də YAP Ağcabədi rayon təşkilatının IX konfransı keçirilmişdir.

Konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələrinin bir qrupu  Ulu Öndər Heydər Əliyevin  Heydər Əliyev meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət edərək  abidə önünə  tər çiçəklər düzməklə onun  əziz xatirəsini ehtiramla yad etdilər.

Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət  mərkəzində keçirilən konfransdan əvvəl  Yeni Azərbaycan Partiyasının yaranması, təşəkkülü  və keçdiyi inkişaf yoluna, həmçinin YAP Ağcabədi rayon təşkilatının hesabat dövründə gördüyü işlərə dair video görüntü nümayiş etdirildi.

Sonra Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilkatının sədri  Rövşən Əhmədov konfransı açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən konfransdan keçən müddətdə dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

VIII konfransdan ötən dövr ərzində görülən işlər barədə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov məruzə ilə çıxış edərək hesabat verdi. Sonra gündəliyə müvafiq olaraq Nəzarət Təftiş Qrupunun sədr müavini Elsevər İsmayılov çıxış edərək ötən dövr ərzində Nəzarət Təftiş Qrupunun gördüyü işlər  barədə hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Quliyev,  YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova  çıxış edərək ötən konfransdan keçən  müddətdə görülən işlər, keçirilən tədbirlər  barədə konfrans iştirakçılarına məlumat verərək, təşkilatın  ötən konfransdan  keçən müddət ərzindəki fəaliyyətinə də öz münasibətlərini bildirdilər.

Konfransda təşkilati məsələlərə də baxıldı.

Konfransda YAP Ağcabədi rayon təşkilatının 45 nəfərdən ibarət   şurası,  13 nəfərdən ibarət  idarə heyəti,  9 nəfərdən ibarət nəzarət təftiş qrupunun  tərkibi seçildi.

Konfransda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov yekdilliklə yenidən rayon  təşkilatının sədri  seçildi. Konfransda həmçinin  sədrin müavinlərinin  seçilməsi məsələsinə də baxıldı. Teymur Rəhimov və Eldəniz Qənbərov təşkilat sədrinin  müavinləri seçildilər.

Konfransda  Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvlərindən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov və YAP İcra Katibliyinin əməkdaşı Kərim Kərimov geniş  çıxış etdilər.

Konfransda YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi  şərəfli inkişaf yolundan,  respublikanın ictimai –siyasi həyatında oynadığı roldan, həmçinin YAP Ağcabədi rayon təşkilatının gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışdı.