YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” elektron resursunun təqdimatı olub

İyunun 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub.

Təqdimat mərasimini giriş sözü ilə açan Kitabxananın direktoru Mayıl Əhmədov İslam aləminin bir parçası olan, müsəlman dünyasına və eləcə də bəşəriyyətə görkəmli simalar bəxş edən Azərbaycanın hər zaman sanki bir cazibə mərkəzi olduğunu söyləyib. O deyib ki, Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycan bütün ictimai-siyasi quruluşlar zamanı islami dəyərləri yaşatmaqla bərabər, Qərbin mütərəqqi ideyalarını da mənimsəyib və özünəməxsus şəkildə inkişaf etdirib. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik cümhuriyyət yüz il öncə məhz Azərbaycanda qurulub. Sovetlər dönəminin bütün dini təzahürlərə qarşı ən repressiv üsullarla mübarizə apardığı dövrdə belə, Azərbaycan xalqı öz dini adət-ənənələrini və milli-mənəvi dəyərlərini yaşadıb.

M.Əhmədov qeyd edib ki, Azərbaycan XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edilib, din-dövlət münasibətlərini tənzimləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq İslam Konfransı Təşkilatına (indiki İslam Əməkdaşlıq Təşkilatı) üzv olub, müsəlman dövlətləri ilə diplomatik əlaqələr qurub. Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlər də məhz müsəlman dövlətləri olublar. Bu gün Azərbaycan bütün müsəlman dövlətləri ilə qarşılıqlı mənfəətə və beynəlxalq hüquq normalarına əsaslanan diplomatik münasibətlər qurub. Azərbaycan Avropa Şurasının, ATƏT-in, UNESCO-nun üzvü olmaqla bərabər, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların da üzvüdür. Müsəlman ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

“İslam” bölməsində bu dinin mahiyyəti, “Qurani-Kərim” haqqında müfəssəl şərhlər verilib. Həmçinin İslam həmrəyliyinin mahiyyəti və onu zəruri edən amillər barədə söhbət açılıb. “Qurani-Kərim” yarımbölməsində Ziya Bünyadovun və Vasim Məmmədəliyevin tərcüməsində “Qurani-Kərim”in Kitabxananın əməkdaşları tərəfindən PDF formatında hazırlanan mətni yerləşdirilib.