YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Dəyişikliklər əhalinin maraqlarına uyğundur

“Əhalinin sağlamlığının qorunması haqqında” qanunda edilən dəyişikliklər vacibdir. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, dəyişikliyə əsasən, həkim sirrinin açıqlanması hallarının siyahısı genişləndirilir. Əvvəlki müddəalara görə, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirri təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir.

«Ümummiyyətlə, son zamanlar səhiyyə və digər sosial sahədə qanunvericiliyə ciddi dəyişikliklər edilir. Bütün bunlar qanunların təkmilləşdirilməsi xarakteri daşıyır. Ən əsası odur ki, bu dəyişikliklər əhalinin maraqlarına uyğundur»- deyə, komitə sədri vurğulayıb.