YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Qaralov: Siyasi partiyalar aldığı qrantlar barədə məlumat vermirlər

Özünü müxalifət adlandıran, hüquqi qeydiyyatdan keçməyən siyasi partiyalar aldığı qrantlar barədə məlumat vermirlər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib.

O bildirib ki, həmin şəxslər qanunları kobud pozurlar:

"Biz də məcbur olduq ki, bir sıra tədbirlər görək. Bu sahədə Azərbaycanda qanunvericilik təkmilləşib. Onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də digər ölkələrdə hesablar açmaqla bunu həyata keçirirlər. Bu da qanunsuzdur”.

Baş Prokuror bildirib ki, bu halların qarşısı tam ciddiliklə alınıb:

“Gələcəkdə də bu halların qarşısı alınacaq. Həmin yoldaşlara sual olunur, onlar 10 illərlə hər hansı bir qurumda işləməyərək cangüdənlər saxlayır, müxtəlif avtomobillər alırlar, xarici səfərləri nəyin hesabına edirlər? Onlar maliyyə hesabatları vermirlər”.