YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin rəhbərliyi ötən ilin aprelində Lələtəpə uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların xatirəsinə Füzuli rayonunun Horadiz şəhərində ucaldılmış kompleksi ziyarət edərək, önünə əklil və gül dəstələri qoyub.

Ön xətdə düşmənlə üzbəüz səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənov qarşı tərəfin mövqelərini müşahidə edib, ərazidəki əməliyyat şəraiti və müdafiə zolağındakı vəziyyətlə tanış olub.

Cəbhə xəttində yerləşən hərbi hissələrdən birində yeni inşa edilmiş hamam-camaşırxana, qazanxana kompleksinin və ərzaq anbarının açılışından sonra nazirliyin rəhbər heyəti hərbi qulluqçuların döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, sosial-məişət şəraiti ilə maraqlanıb.

Sonra şəxsi heyətlə görüş keçirilib.