Xəbərlər
Son 12 ildə BP Azərbaycana 30 milyard kubmetrdən çox səmt qazı verib
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/0555bf627726dfb824b03cef9f3fc2b9.jpg&w=360)
Ötən 12 ildə BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycana əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə 30 milyard kubmetrdən çox səmt qazı verib.
Bu barədə iyunun 2-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz 2017” beynəlxalq konfransında BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. B.Aslanbəyli bildirib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
"1997-ci ilin sonundan etibarən AÇG yatağında 3 milyard barreldən çox neft hasil edilib", - deyə o qeyd edib.