Xəbərlər
“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan indiyədək 428 milyon ton neft və 133 milyard kubmetr qaz hasil olunub
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/4c12f2070632b79e93374534c2e84591.jpg&w=360)
İşlənmənin əvvəlindən bu il iyunun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 428,4 milyon ton neft və 133 milyard kubmetr təbii qaz hasil edilib.
Bunu iyunun 2-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
SOCAR-ın birinci vitse-prezidenti qeyd edib ki, bu il iyunun 1-dək dünya bazarına 448 milyon ton Azərbaycan nefti çıxarılıb. Həmin həcmin 333 milyon tonu Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC) ilə nəql edilib.