YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Azərbaycanda uşaqlara qayğı və onların sağlam inkişafı üçün bütün zəruri addımlar atılır

«Ölkəmizdə  uşaq hüquqlarının qorunması və təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova  deyib.

D.Cəbrayılova bildirib ki, uşaq hüquqlarının qorunması üçün dövlətimiz bütün zəruri addımları atır. Onun sözlərinə görə, bu sahədə qanunvericilik bazası da yüksək səviyyədədir.

«Uşaqların hüquq və azadlıqlarının qorunması, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Bu sıraya  onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması da daxildir. Hər bir ölkənin gələcək inkişafı üçün bu sahəyə mütləq xüsusi diqqət yetirməlidir. Sevindirici haldır ki, Azərbaycanda uşaqlara qayğı və onların sağlam inkişafı üçün bütün zəruri addımlar atılır»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv