YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Həsənova: Hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır

«Əvvəlki illərdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən tədbirlərin nəticəsi olaraq ötən il ərzində qeyri-neft sənayesi 5 faiz, informasiya və rabitə sektoru 4,5 faiz artıb». Bu fikri iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

S.Həsənova bildirib ki, xarici şoklar 2016-cı ildə ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Onun sözlərinə görə, problemlərin həlli üçün çevik iqtisadi siyasət tədbirləri müəyyənləşdirilib və artıq həyata keçirilməyə başlanılıb.

«Hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır. Əczaçılıq sənayesinin yenidən yaradılması həm daxili tələbatın ödənilməsinə, daha sonra isə ixraca yönəlib. Həmçinin, Azərbaycanın investisiya qoyduğu nəqliyyat, tranzit sahələri uğurla inkişaf edir. Ötən il Azərbaycan ərazisindən 23 minə yaxın yük avtomobili keçib ki, bu da 2015-ci illə müqayisədə 2,2 dəfə çoxdur»- deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv