YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı çərçivəsində qəbul təşkil edilib

Mayın 31-də Böyük Britaniyanın və ABŞ-ın Azərbaycandakı səfirlikləri Bakıda keçirilən XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı çərçivəsində birgə qəbul təşkil ediblər.

Qəbulda çıxış edən ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan ölkəsinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edib. “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan iqtisadiyyatına töhfələri ilə yanaşı, qlobal enerji təhlükəsizliyində mühüm rol oynayacağını deyən ABŞ rəsmisi ölkələrimiz arasında əməkdaşlığın ortaq maraqlara xidmət etdiyini söyləyib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. Əlavə edib ki, ABŞ, Birləşmiş Krallıq, Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı dünya ölkələrinin enerji təhlükəsizliyinin təminatı baxımından çox vacibdir. Artıq 25 ildir ki, ABŞ və Azərbaycan ikitərəfli əlaqələr qurublar. Biz rifah halını yaxşılaşdırmaqda birgə fəaliyyət göstəririk, eləcə də terrorla birgə mübarizə aparırıq. Bu gün keçirilən sərgi və konfrans çox əhəmiyyətlidir.

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts ölkələrimiz arasındakı əlaqələrin çox güclü olduğunu bildirib. O, Britaniyanın uzun müddətdir Azərbaycanda ən böyük investor olduğunu vurğulayıb. Azərbaycanda müxtəlif sahələrdə 400-dən çox Britaniya şirkətinin fəaliyyət göstərdiyini bildirən səfir deyib: “Azərbaycan bizim üçün bütün sahələrdə - turizmdən təhlükəsizlik məsələlərinədək prioritet ölkə olaraq qalır”.

DİGƏR Xəbərlər Arxiv