YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Donald Tramp: Qlobal enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolunu yüksək qiymətləndirirəm

ABŞ Prezidenti Donald Tramp mayın 31-də Bakıda keçirilən 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin iştirakçılarına ünvanladığı məktubda Azərbaycan və ABŞ arasında tərəfdaşlığı qiymətləndirdiyini qeyd edib.

D.Tramp bildirib: "Mən ABŞ və Azərbaycanın son 25 il ərzində qurduğu tərəfdaşlığı qiymətləndirirəm və bu tərəfdaşlığın gələcəkdə inkişaf edəcəyini gözləyirəm".

ABŞ Prezidenti Azərbaycan Prezidenti və xalqına Bakıda keçirilən illik sərgi və konfrans münasibətilə ən xoş arzularını çatdırıb.

Tramp qeyd edib ki, ABŞ əvvəlki kimi Cənub Qaz Dəhlizini dəstəkləyir və bu layihənin icrası üzrə Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının səylərini alqışlayır.

ABŞ prezidenti bildirib: “Qlobal enerji təhlükəsizliyində, eləcə də Xəzər regionunun enerji resurslarının inkişaf etdirilməsi və ixrac edilməsində Azərbaycanın mühüm rolunu yüksək qiymətləndirirəm”.

O həmçinin qeyd edib ki, iqtisadiyyatın diversifikasiyası üzrə Azərbaycanın səylərini dəstəkləyir və alqışlayır və yeni sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutur.

Tram bildirib: “Siz iqtisadi və hökumət islahatlarını davam etdirdiyiniz müddətdə ABŞ Sizinlə işləməyə hazırdır”.