YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin baş katibi Antonio Quterreş: Biz böyük gözləntilərin və eyni zamanda, dərin təhlükələrin olduğu bir dövrdə yaşayırıq

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın Milli bayramınız – Respublika Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Biz böyük gözləntilərin və eyni zamanda, dərin təhlükələrin olduğu bir dövrdə yaşayırıq. Mən bu ili bütün dünyada sülhə çağıran müraciətlə başladım. İnsan ailəsi olaraq bütün əldə etməyə çalışdıqlarımız - ləyaqət və ədalət, inkişaf və firavanlıq sülhdən asılıdır. Bu dəyərlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əksini tapıb və bizi bir-birimizə bağlayır.

Mən Sizin ölkənizi təqdir edir, bununla bərabər bildirirəm ki, dünyada getdikcə artan ixtilafların fonunda BMT-nin çoxşaxəliliyi bizim ümumi işimizi gücləndirir və ümumbəşəri dəyərlərə malik olduğumuzu təsdiqləyir.

Siz bu əlamətdar bayramı qeyd edərkən, daha güclü Birləşmiş Millətlər Təşkilatının qurulması üçün ölkənizin fəal iştirakına və töhfələrinə, ortaq səylərimizlə hər kəs üçün sülh, tərəqqi və insan hüquqlarının təmin olunması işində köməyinə arxalanıram.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.”

DİGƏR Xəbərlər Arxiv