YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın müsəlman dünyasındakı nüfuzundan xəbər verir

«Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına və inkişafına böyük töhfələr verib». Bu fikri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, ölkəmiz İslam dəyərlərinin dünyada təbliği istiqamətində mühüm tədbirlər həyata keçirir. Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi müstəqil Azərbaycanın müsəlman dünyasındakı nüfuzundan xəbər verir.

«Ümumiyyətlə, müsəlman xalqlarını birləşdirən bir çox ortaq amillər var. Bu amillər müsəlman dünyasında sabitliyin, həmrəyliyin qurulmasına nail olmaqda və bu münasibətlərin genişləndirilməsində vacib rol oynayır. Müsəlman xalqları arasında qurulan dostluq əlaqələri humanitar və mədəni sahələrdə də inkişaf etdirilməlidir. Azərbaycan Şərqlə Qərbin arasında yerləşdiyi üçün hər zaman sivilizasiyalararası körpü rolunu oynayıb. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi və 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması dövlətimizin başçısının İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir»- deyə, G.Baxşəliyeva vurğulayıb.