YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Zaqatala rayon təşkilatının IX konfransı keçirilib

Mayın 27-da Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının IX konfransı keçirilib. 

Tədbir iştirakçıları öncə Zaqatala rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub və gül dəstələri düzüblər.

Konfransda YAP Siyasi Şurasının üzvü Milli Məclisin deputatı Aydın Mirzəzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və digər qonaqlar iştirak ediblər.

YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov hesabat məruzəsi ilə çıxış edərək partiyanın yaranması tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib.

Konfransda məruzə ətrafında çıxış edənlər bildirliblər ki, YAP bundan sonrada ölkəmizn sosial iqtisadi inkişafı və onun beynəlxalq aləmdə nüfuzunun daha da artması istiqamətində fəaliyyətini davam etdirəcək. YAP Zaqatala rayon təşkilatı Ulu Öndərin zəngin idaeyalarını daim rəhbər tutaraq bundan sonra da üzərlərinə düşən işin öhdəsindən şərəflə gələcək, ölkəmizin xoş sabahı, xalqımızın firəvan həyatı naminə bütün səy və bacarıqlarını əsirgəməyəcək.

Çıxış edənlər YAP Zaqatala rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.  

Konfransda təşkilati məsələlərə baxılıb. Habil Qurbanov yenidən YAP Zaqatala rayon təşkilatının sədri seçilib.

Konfransda YAP Siyasi Şurasının üzvü Milli Məclisin deputatı Aydın Mirzəzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış ediblər.