YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycan Respublikasının milli bayramı - müstəqilliyin elan olunmasının 99-cu ildönümü ilə əlaqədar təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi işində və bütün vətəndaşların firavan yaşamasına xidmət edən sosial-iqtisadi islahatların həyata keçirilməsində Sizə uğurlar diləyirəm.

Möhtərəm cənab Prezident, cari ilin iyun ayında Polşa Respublikasına rəsmi səfərinizi gözləyirəm. Əminəm ki, görüşümüz Polşa və Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoqa, xüsusən iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verəcək.

Hörmətli cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına rifah arzularımı qəbul etmənizi xahiş edirəm.”