YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının IX konfransı keçirilib

Mayın 24-də Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının növbəti IX konfransı keçirildi.

Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoydular.

Sonra konfrans öz işini rayon Mədəniyyət mərkəzinin iclas zalında davam etdirdi.

Konfransda YAP Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev iştirak edib.

Konfrans iştirakçıları öncə rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatından bəhs edən video çarxa baxdılar.

Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin və rayon təşkilatının VIII konfransından sonrakı dövrdə vəfat etmiş YAP üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov VIII konfransdan ötən dövr ərzində rayon təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etdi.

Hesabat məruzəsində qeyd olundu ki, artıq 25 ildir ki, Yeni Azərbaycan Partiyası sıralarında birləşdirdiyi 700 min nəfərədək partiya üzvləri ilə birlikdə ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir. YAP rayon təşkilatı rayonun sosial –iqtisadi, siyasi və mədəni həyatında yaxından iştirak edərək hər bir YAP üzvünün nümunə olmalarına çalışır.

Təşkilatın sədri R.Şabanov hesabat məruzəsində bildirdi ki, rayon təşkilatı özünün 83 ərazi ilk partiya təşkilatında 6034 nəfər partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 3210 nəfəri qadın, 1394 nəfəri gənclərdir. Hesabat dövrü ərzində partiyanın boy sırası 1328 nəfər artmışdır ki, onların da 950 nəfərini qadınlar, 671 nəfərini isə gənclər təşkil edir.

Rayon təşkilatında hesabat dövrü ərzində 25 Şura, 78 dəfə İdarə heyətinin iclası keçirilmişdir.

Hesabat dövrü ərzində keçirilən Prezident, Parlament, Bələdiyyə seçkilərində və Ümumxalq səsverməsi - Referendumda rayon təşkilatı siyasi aktivlik göstərərək, seçkilərin demokratik, şəffaf və mütəşəkkil şəkildə heyata keçirilməsinə nail olmuşdur.

Bələdiyyə seçkilərində seçilən Bələdiyyə üzvlərinin 151 nəfəri və ya 66,4 faizi YAP üzvləridir. Onlardan 55 nəfəri qadın, 55 nəfəri isə gəncdir.

Konfransda rayon təşkilatı nəzarət-təftiş qrupunun sədri Adil Hüseynov qrupun fəaliyyəti barədə hesabat verdi.

Məruzələr ətrafında YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova, rayon Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, rayon Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Xeyri Həcər, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Hicran Hüseynova çıxış etdilər.

YAP Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev və rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov konfransda çıxış edərək, YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan, partiyanın yaradıcısı ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edərək vurğuladılar ki, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan  dövləti parçalanmadan, anarxiya, xaos və tənəzzüldən qurtularaq bu günkü vəziyyətə gəlib çıxmışdır.

Qeyd olundu ki, nail olduğumuz müstəqillik bu gün möhtərəm Prezidentimiz, YAP-ın sədri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində daha da möhkəmlənmiş, Azərbaycanın müstəqilliyi əbədilik qazanmışdır.

Çıxışlardan sonra, konfrans təşkilati məsələlərə baxdı.

Açıq səs vermə yolu ilə rayon təşkilatının 31 nəfərdən ibarət Şurası, 13 nəfərdən ibarət İdarə heyəti, 5 nəfərdən ibarət isə nəzarət-təftiş qrupu təsdiqləndi.

Ramiz Şabanov yenidən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri seçildi.

DİGƏR Partiya xəbərləri Arxiv