YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseyn Bağırov: Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcək

«Bioloji müxtəlifliyin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılmışdır. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir». Bu fikirləri yap.org.az saytına müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüsyen Bağırov deyib.

H.Bağırov bildirib ki, bu sahədə fəaliyyətin davamı olaraq Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğun yaradılması istiqamətində iş aparılır. Eyni zamanda Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Dənizkənarı Milli Parkın yaradılması məqsədilə zəruri tədbirlər görülür. Yeni qorunan ərazilərin yaradılması işi başa çatdıqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcək.

«Milli parklarda müasir xidmət infrastrukturunun yaradılması sayəsində ekoturistlərin sayı kəskin artmışdır. Göygöl Milli Parkında əhalinin müxtəlif təbəqələri üçün müasir tələblərə cavab verən ekoturizm infrastrukturu istifadəyə verilmiş, təkcə 2015-2016-cı illər ərzində buraya 265 min turist səyahət etmişdir. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya” təsdiq edilmişdir. Vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi və IDEA İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində 170 başdan artıq ceyran öz tarixi areallarına köçürülmüşdür»- deyə, nazir vurğulayıb.