Xəbərlər
"Cocuq Mərcanlı" yarımstansiyasının inşası başa çatır

"Cocuq Mərcanlı" yarımstansiyasının inşası başa çatır.
Yarımstansiyaya 8.300 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik verilişi xətti çəkilib.
Azərbaycan Prezidenti İlham Əliyevin “Işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun yaradılması, o cümlədən ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılır.
Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədi ilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Horadiz” yarımstansiyasından 8.300 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik xətti çəkilib və bu xəttdə son tamamlama işləri görülür.