YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının IX konfransı keçirilib

Mayın 22-də Yeni Azərbaycan Partiyası Qusar  rayon təşkilatının IX konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər-gül dəstələri qoyublar.

Qusar  rayon Mədəniyyət evinin iclas zalında keçirilən konfransda təşkilatın sədri David İbramxəlilov  hesabat dövründə təşkilatın gördüyü işlərə dair məruzə ilə çıxış edib. O, çıxışında partiyanın yaranmasına, iqtidara gəldiyi zamandan isə müstəqilliyimizin möhkəmlənməsinə, Azərbaycanın ikişafına verdiyi töhfələrdən geniş bəhs edib. D.İbramxəlilov hesabat dövründə  rayon təşkilatının sıralarının 1047 nəfər artaraq 5869 nəfər təşkil etdiyini bildirib. Ölkədə həyata keçirilən uğurlu siyasətdən geniş bəhs edən məruzəçi bu naliyyətlərdə YAP fəallarının da payı olduğunu nəzərə çatdırıb.

Təşkilatın nəzarət-təftiş qurupunun sədri İkram Tumarxanov məruzəsində rayon təşkilatının maliyyə işləri barəsində konfrans iştirakçılarına geniş məlumat verib. Hesabat məruzəsi ətrafında çıxış edən təşkilatın şura üzvləri Niftəli Fərzəliyev və Neva Abdurahmanova Yeni Azərbaycan Partiyasının ölkəmizdə elm və təhsilə, səhiyyəyə, idman və turizmin inkişafına verdiyi tövsiyələrdən geniş bəhs edərək təşkilatın YAP Qusar  rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Milli Məclisin deputatı Azər Badamov, Qusar rayon İcra hakimiyyətinin başçısı Şair Alxasov  partiyamızın həyata keçirdiyi siyasətdən və qarşıda duran mühüm vəzifələrdən geniş bəhs ediblər.

Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Qusar rayon təşkilatının  31 nəfərdən ibarət Şurası, 15 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərdən ibarət nəzarət təftiş qrupu seçilib. David İbramxəlilov yenidən YAP Qusar rayon təşkilatının sədri seçilib.