YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransı keçirilib

Mayın 18-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransı keçirilib.

Konfransında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyaəst komitəsinin sədri  Eldar İbrahimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatarından «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azay Quliyev, Kamaləddin Qafarov, Hüseynbala Mirələmov, Aydın Hüseynov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və  digər rəsmi qonaqlar və konfransa seçilmiş nümayəndələr iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Daha sonra rayon təşkilatı tərəfindən hesabat dövrü ərzində görülən işlər, keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirilib.

Konfransda çıxış edən  YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov  geniş hesabat məruzəsi ilə çıxış edib. R.Göyüşov bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin zəkasının məhsulu olan Yeni Azərbaycan Partiyası 25 ildir ki, inkişaf yolumuzu mayak kimi istiqamətləndirməkdədir. Qeyd edilib ki, hesabat dövrü ərzində YAP Binəqədi rayon təşkilatının üzvlərinin sayı 3172 nəfər artaraq, 15450 nəfər təşkil edib.

Sonra YAP Binəqədi rayon təşkilatının nəzarət təftiş qrupunun sədri Yolçu Zeynalov hesabat məruzəsi ilə çıxış edib.

Tədbirdə konfrans iştirakçılarından Mürsəl Əliyev, Tünzalə Zeynalova, Fəsli Nəbiyev çıxış edərək təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyaəst komitəsinin sədri  Eldar İbrahimov, Milli Məclisin deputatı Kamaləddin Qafarov və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək Yeni Azərbayan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan bəhs ediblər. Qeyd olunub ki, bu gün Heydər Əliyev siyasəti Azərbaycanın inkişafının əsasını təşkil edir və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan dünyada nüfuzlu, qüdrətli dövlətə çevrilib.

Çıxışlardan sonra konfransın qətnaməsi qəbul olunub.

Daha sonra təşkilati məsələlərə baxılıb. Ramiz Göyüşov yenidən YAP Binəqədi rayon təşkilatının sədri seçilib. Həmçinin, sədrin müavinləri, 67 nəfərdən ibarət Şura, 25 nəfərdən ibarət İdarə Heyəti, 7 nəfərdən ibarət nəzarət təftiş qrupu seçilib.