YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Kəlbəcər rayon təşkilatının IX konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının IX konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər-gül dəstələri qoyublar.

Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin iclas zalında keçirilən konfransda təşkilatın sədri Akif Əsgərov hesabat dövründə təşkilatın gördüyü işlərə dair məruzə ilə çıxış edib. O, çıxışında partiyanın yaranmasına, iqtidara gəldiyi zamandan isə müstəqilliyimizin möhkəmlənməsinə, Azərbaycanın ikişafına verdiyi töhfələrdən geniş bəhs edib. A.Əsgərov hesabat dövründə  rayon təşkilatının sıralarının 751 nəfər artaraq 4055 nəfər təşkil etdiyini bildirib. Ölkədə həyata keçirilən uğurlu siyasətdən geniş bəhs edən məruzəçi bu naliyyətlərdə YAP fəallarının da payı olduğunu nəzərə çatdırıb.

Təşkilatın nəzarət-təftiş qurupunun sədri Ramil Salmanov məruzəsində rayon təşkilatının maliyyə işləri barəsində konfrans iştirakçılarına geniş məlumat verib. Hesabat məruzəsi ətrafında çıxış edən təşkilatın şura üzvləri Elmira Şükürova, Mehparə Kazımova və Musa Məmmədov Yeni Azərbaycan Partiyasının ölkəmizdə elm və təhsilə, səhiyyəyə, idman və turizmin inkişafına verdiyi tövsiyələrdən geniş bəhs edərək təşkilatın YAP Kəlbəcər rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Konfransda çıxış edən  YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini  Musa Quluyev, YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyamızın həyata keçirdiyi siyasətdən və qarşıda duran mühüm vəzifələrdən geniş bəhs ediblər.

Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Kəlbəcər rayon təşkilatının  25 nəfərdən ibarət Şurası, 11 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərdən ibarət nəzarət təftiş qrupu seçilib. Akif Əsgərov yenidən YAP Kəlbəcər rayon təşkilatının sədri seçilib.