Xəbərlər
“Baku-2017”: Su polosu yarışlarının üçüncü gününə start verilib
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/a5740971cfed1397ee404aab21119e31.jpeg&w=360)
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışlarının üçüncü gününə start verilib.
Əvvəlcə Səudiyyə Ərəbistanı ilə İndoneziya milliləri üz-üzə gəliblər.
Günün ikinci qarşılaşması Azərbaycan və Türkiyə komandaları arasında oynanılacaq.
Mayın 17-dək davam edəcək yarışlarda kişilərdən ibarət beş komanda - Azərbaycan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və İndoneziya qızıl medal uğrunda mübarizə aparırlar.