YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəmməd Behişti: Azərbaycan Prezidentinin həmrəylik çağırışı dünyada sülh üçün çox əhəmiyyətlidir

Azərbaycan Prezidentinin həmrəylik çağırışı dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün çox əhəmiyyətlidir.

Bu sözləri İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının rəhbəri Məhəmməd Behişti deyib.

Bu günlərdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edən M.Behişti vurğulayıb ki, tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Forumda dünya miqyasında tanınmış nüfuzlu ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin iştirakı onu deməyə əsas verir ki, burada səslənən mütərəqqi fikirlər xalqların mehriban şəraitdə yaşamasını şərtləndirəcək.

Azərbaycanın özünün inkişaf mərhələsini yaşadığını qeyd edən Məhəmməd Behişti deyib ki, burada müxtəlif xalqların dinc yanaşı yaşaması dünya dövlətləri üçün bir nümunədir.

Təşkilatın rəhbəri ölkəmizin onda xoş təəssüratlar yaratdığını, Bakının çox gözəl şəhər olduğunu vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv