YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yavər Camalov: Azərbaycan müdafiə sənayesi sahəsində istehsal etdiyi məhsulları dünya bazarlarına çıxarmaq üçün bütün imkanlardan istifadə edir

İstanbulda “IDEF-2017” XIII beynəlxalq müdafiə sənayesi sərgisi keçirilir.

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun və müdafiə naziri general-polkovnik Zakir Həsənovun da iştirak etdikləri sərginin açılış mərasimində Türkiyənin Baş naziri Binəli Yıldırım çıxış edib.

Rəsmi hissədə Türkiyənin müdafiə sənayesinin inkişafını əks etdirən film nümayiş olunub.

Sərgidə Müdafiə Sənayesi Nazirliyi tərəfindən geniş ərazidə Azərbaycan bölməsi qurulub. Burada ölkəmizdə istehsal olunan 260 adda hərbi məhsul, o cümlədən zirehli texnika, snayper və s. döyük vasitələri sərgilənir.

Nazirlər Yavər Camalov və Zakir Həsənov Azərbaycan bölməsində olublar.

Burada qurulmuş monitorda Azərbaycanın müdafiə sənayesi müəssisələrindəki iş şəraiti, ən müasir texnologiyalar və istehsal məsulları ilə bağlı sənədli filmlər nümayiş olunur. Bundan başqa, ziyarətçilərə gələn il ölkəmizdə keçiriləcək 3-cü “ADEX-2018” müdafiə sənayesi sərgisi barədə məlumat verilir, onlara əyani vəsaitlər paylanılır.

Nazir Yavər Camalov jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan müdafiə sənayesi sahəsində istehsal etdiyi məhsulları dünya bazarlarına çıxarmaq üçün bütün imkanlardan istifadə edir. “IDEF-2017” XIII beynəlxalq sərgisində iştirak etməkdə məqsəd ayrı-ayrı ölkələrin müvafiq qurumları ilə yeni yeni-yeni əlaqələr yaratmaq, onların rəhbər şəxsləri ilə təcrübə mübadiləsi aparmaq, mövcud əlaqələri daha da inkişaf etdirməkdir. Nazir diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, müdafiə sənayesində də Türkiyə ilə əməkdaşlıq yüksək səviyyədədir.

Sərgidə 67 ölkədən və 2 beynəlxalq təşkilatdan 124 rəsmi heyət təmsil olunur.

Mayın 12-dək davam edəcək sərgidə 50 ölkədən 300 şirkət öz məhsullarını nümayiş etdirəcək.