YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının konfransı keçirildi

Mayın 5-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının konfransı keçirildi. Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayan konfransda YAP-ın yaradıcısı və banisi, ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra təsis konfransından ötən müddət ərzində görülmüş işlərə dair hesabat əsasında hazırlanmış video çarx nümayiş etdirildi.

YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov qeyd etdi ki, rayon təşkilatı 17 iyul 2013-cü il tarixində Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında baş tutmuş təsis konfransında yaranıb: «O zaman rayon təşkilatının sıralarında 3162 nəfər üzv vardı. Ötən dörd il ərzində rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənmişdir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı çoxsaylı müraciətləri nəzərə alaraq, keyfiyyət prinsipinə üstünlük verməklə, hesabat dövrü ərzində 1671 nəfər rayon sakinini partiya sıralarına qəbul edib, beləliklə üzvlərimizin sayı 35% artaraq 4833 nəfərə çatıb.  Sevindirici haldır ki, təşkilatın üzvlərinin üçdə birindən artığını gənclər təşkil edir. Bu gün onların sayı 1669 nəfərdir. Cəmiyyətdə aktivliyi ilə seçilən qadınlarımızın da sayında ciddi artım olub və bu gün qadın partiyaçıların sayı 1322 nəfərdir.»

Konfransda çıxış edənlər ötən müddət ərzində rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndirdilər.

Milli Məclisin deputatı Rauf  Əliyev, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov konfransda çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı yeri və rolu barədə fikirlərini bildirdilər.

Çıxışlardan sonra təşkilati məsələlərə baxıldı. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Məzi oğlu Şikarov YAP Pirallahı rayon təşkilatının sədri, Qoçalı Teymur oğlu Mahmudov, Əli Kərəm oğlu Kərimov, Baxarəddin Səməndər oğlu Rəsulov və Bəxtiyar Nüsrət oğlu Balakişiyev sədrin müavinləri seçildilər. Həmçinin 35 nəfərdən ibarət Şura, 15 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərlik nəzarət-təftiş qrupunun üzvləri müəyyənləşdirildi.

DİGƏR Partiya xəbərləri Arxiv